Bank Of Baku

Teymur Rəcəbov reytinq siyahısında gerilədi

Teymur Rəcəbov reytinq siyahısında gerilədi
# 30 dekabr 2008 09:45 (UTC +04:00)
Bakı – APA. Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2008-ci ildə son reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, kişi şahmatçıların siyahısında təmsilçilərimizin sayı üçə çatıb.

ACP-nin təqviminə daxil olan dörd yarışda iştirak edən Teymur Rəcəbov xallarının sayını 892-yə çatdırsa da, bir pillə geriləyərək 7-ci yeri tutub. Üç turnirə qatılan Vüqar Həşimov isə əksinə, 7 pillə irəliləyib. Hesabında 722 xal olan qrossmeyster 10-cu yerə yüksəlib. Siyahıya daxil olan sonuncu təmsilçimiz Namiq Quliyevdir. Cəmi bir yarışda iştirak edən şahmatçımız 27 xalla 66-cı olub.

ACP-nin reytinq cədvəlinə, 6 turnirdə mübarizə aparan rusiyalı Dmitri Yakovenko (1477 xal) başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR