Antalyaya gedən azərbaycanlıların sayı 71%-dən çox artıb

Antalyaya gedən azərbaycanlıların sayı 71%-dən çox artıb
# 03 oktyabr 2016 08:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu il Azərbaycandan Antalyaya gedən turistlərin sayı artıb.

APA-Economics”in cumhuriyyət.com-a istinadən verdiyi məlumata görə, Antalya hava limanının açıqladığı statistika görə, bu ilin yanvar-sentyabr ayları ərzində Antalyaya 39 603 azərbaycanlı gedib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 517 nəfər və ya 71,5% çoxdur.

Azərbaycanla bərabər Ukrayna, İordaniya, İsrail, Livan Küveyt kimi ölkələrdən də Türkiyəyə gələn turistlərin sayında artım baş verib.

Turist sayında ən çox artım isə Ukraynanın payına düşüb. Belə ki, bu ölkədən Antalyaya gələn turistlərin sayı 100% artaraq 504 390 nəfər olub (ötən il 248 44).

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Antalyanın ən çox turist itkisi isə Rusiyadan olub. Belə ki, Rusiyadan gələn turist sayı 2 278 480 nəfər və ya 46,9% azalıb.

Almaniyadan gələn turistlərin sayında da azalma qeydə alınıb. Son 1 ildə bu ölkədən Antalyaya gedən turistlərin sayı 756 min və ya 29,8% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR