Gündüz saatlarında hansı yük avtomobillərinin Bakıya buraxılacağı açıqlanıb

Gündüz saatlarında hansı yük avtomobillərinin Bakıya buraxılacağı açıqlanıb
# 21 sentyabr 2015 12:09 (UTC +04:00)

Azərbaycan Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya bildirib ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən, gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilməlidir.

 

Qərara əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası  ilə razılaşdıraraq  bununla bağlı prosedur müəyyənləşdirib. Bu yük avtomobilləri Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında gündüz saatlarında Bakıya buraxılır.

 

Qeyd edək ki, “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərara əsasən icazə verilən maksimum kütləsi 5 tondan artıq olan digər yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR