“Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır

“Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır
# 13 yanvar 2016 15:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə “Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, bu məqsədlə K. Abdullayev mərkəzdə dərsliyi hazırlayan müəlliflərlə toplantı keçirib.

Toplantıda dərsliyin istiqamətləri müəyyənləşdirib və müəlliflərlə yazacaqları bölmələrlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, dünyanın 11 aparıcı universitetində bu fənn tədris edilir, dərsliyə ehtiyac var və dərsliyə olan ehtiyac təkcə Azərbaycan multikulturalizminin təbliği ilə deyil, eyni zamanda dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi ilə də bağlıdır.

Dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində ölkəmizin və dünyanın nüfuzlu universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR