Qan Turalının “Fələk qırmancı” romanı çapdan çıxıb

Qan Turalının “Fələk qırmancı” romanı çapdan çıxıb
# 04 mart 2016 08:03 (UTC +04:00)

Bakı-APA. Qan Turalının “Fələk qırmancı” romanı çapdan çıxıb.

APA-nın xəbərinə görə, romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib, yaza bilmədiyi romanının adından götürülüb. “Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.

Roman paralel süjet üzərində qurulub. Müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır. Tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub.

Kitabın redaktoru Səhər Əhməddir.

Qeyd edək ki, Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR