Çexiya - Azərbaycan matçının hakimləri məlum olub

Çexiya - Azərbaycan matçının hakimləri məlum olub
# 05 oktyabr 2016 10:24 (UTC +04:00)

Bakı-APA. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına tapşırıb.

Ostrava şəhərində keçiriləcək görüşdə ədalət təmsilçisi Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər.

Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR