Elman Rüstəmov İsveçrənin maliyyə nazirini qəbul edib

Elman Rüstəmov İsveçrənin maliyyə nazirini qəbul edib
# 18 iyul 2016 12:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyulun 15-də Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Konfederasiyasının maliyyə naziri, Federal Kansler Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankdan “APA-Economics”ə verilən xəbərə görə, görüşdə Azərbaycan və İsveçrə arasında mövcud iqtisadi əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

E. Rüstəmov Azərbaycan və İsveçrə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri, həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə uğurla həyata keçirilmiş birgə layihələr barədə ətraflı məlumat verib. Hal-hazırda post-neft dövrü başladığı, iqtisadiyyatda struktur islahatları aparıldığı, insan kapitalının gücləndirilməsinin prioritet istiqamətlərdən biri olduğu qeyd olunub.

U. Maurer öz növbəsində təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlıq əlaqələrini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək Azərbaycanın İsveçrə üçün stabil maliyyə bazarlarına malik və vacib partnyor ölkə olduğunu, eləcə də əlaqələrin daha da təkmilləşdirilməsinin zəruriliyi bildirib. Nümayəndə heyətinin rəhbəri SECO-nun Azərbaycanda fəaliyyətinin davam etdirilməsinə dəstəyin olacağını qeyd edib.

Görüşdə həmçinin ölkələr arasında texniki yardım proqramlarının, təcrübə mübadiləsi sahəsində fəaliyyətin genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR