İlham Əliyev: “Belarusla əməkdaşlığın bütün istiqamətlərində müsbət dinamika görürük”

İlham Əliyev: “Belarusla əməkdaşlığın bütün istiqamətlərində müsbət dinamika görürük”
# 28 noyabr 2015 09:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycan Belarusla bütün istiqamətlərdəki əməkdaşlıqda müsbət dinamika görür.

APA-nın belta.by saytına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşneko ilə keçirdiyi görüşdə deyib.

“Bizim Belarusla əməkdaşlığımızda heç bir məhdudiyyətlər yoxdur. Bütün istiqamətlərdə biz çox müsbət dinamika və nəticələr görürük,”-deyə İlham Əliyev bildirib.

O qeyd edib ki, yüksək iqtisadi inişaf yolunda olan Belarusda sosial rifahla bağlı məsələlər fəal şəkildə həll edilir.

“Zaman indi heç bir dövlət üçün asan deyil, lakin buna baxmayaraq Belarus inkişafda müsbət dinamikanı saxlayır və ölkədə ictimai-siyasi stabilliyi təmin edir. Biz hamımız iqtisadi böhrana məruz qalmışıq, lakin Belarus bu təsirə çox az qalan dövlətlərdəndir”, -deyə Azərbaycan prezidenti əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR