Azərbaycan-Gürcüstan birgə müəssisəsi planşet istehsal etmək niyyətindədir

Azərbaycan-Gürcüstan birgə müəssisəsi planşet istehsal etmək niyyətindədir
# 19 sentyabr 2016 13:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "AG Microelectronics" istehsal etdiyi məhsulların çeşidini genişləndirir.

"APA-Ecoonmics"in "Sputnik Georgia" agentliyinə istinadən verdiyi xəbərə görə, şirkətin baş direktoru Mixail Qlonti bildirib ki, 2017-ci ilin ikinci yarısında müəssisədə "Android" əməliyyat sistemi üzərində qurulmuş planşetlər istehsal olunacaq: "Hazırda biz bu layihənin üzərində işləyirik. Bu, bir qədər vaxt aparan layihədir. Böyük ehtimalla, gələn ilin ikinci yarısında artıq ilk məhsul istehsal olunacaq".

Qeyd edək ki, "AG Microelectronics" şirkətinin əsasını Azərbaycan-Gürcüstan birgə müəssisəsi olan "AG Telekom" qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR