Azərbaycan Rusiyadan 223 min ton taxıl idxal edib

Azərbaycan Rusiyadan 223 min ton taxıl idxal edib
# 07 sentyabr 2016 12:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiya yeni aqrar ilinin (2016-cı ilin iyulun 1-dən başlayıb) ilk 2 ayı ərzində buğda ixracını 4,8% artırıb.

"APA-Economics" xəbər verir ki, bunu "İnterfax" agenliyinə açıqlamasında "Rusaqrotrans" QSC-nin rəsmisi İqor Pavenskiy deyib.

"İyul-avqust aylarında 5,68 mln. ton buğda ixrac olunub ki, ötən ilin analoji dövründə bu rəqəm 5,42 mln. ton olub", - deyə o qeyd edib.

Bununla yanaşı, iyul-avqust ayları ərzində şirkət 6,58 mln. ton taxıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azdır. Avqustda ixrac olunan taxılın həcmi 4,04 mln. ton təşkil edib.

İ. Pavenskiy bildirib ki, avqustda Rusiya istehsalı olan taxılın əsas idxalçıları Türkiyə (ümumi ixracın 14,5%-i), Misir (13,1%), Banqladeş (7,2%), Mərakeş (5,53%) və Azərbaycandır (5,52%).

Beləliklə, Azərbaycan ötən ay Rusiyadan 223,008 min ton taxıl idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR