Oqtay Əsədov 2016-cı ilin əvvəlində Belarusa səfər edəcək

Oqtay Əsədov 2016-cı ilin əvvəlində Belarusa səfər edəcək
# 05 noyabr 2015 11:44 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun 2016-cı ilin əvvəlində Belarusa səfəri gözlənilir.

APA-nın xəbərinə görə, bu barədə Belarus Milli Məclisi Nümayəndələr Palatasının beynəlxalq münasibətlər komissiyasının sədri Vitaliy Busko BelTA agentliyinə müsahibəsində bildirib.

“Bundan əvvəl qarşıdan gələn səfəri müzakirə etmək məqsədilə Belarus parlamentinin Azərbaycanla əməkdaşlıq qrupunun Azərbaycana səfərini planlaşdırırıq”,- deyə Vitaliy Busko əlavə edib.

Qeyd edək ki, V. Busko Azərbaycanda keçirilən parlament seçkilərini izləyən MDB müşahidə missiyasının tərkibinə daxil idi.

Azərbaycanda olarkən o, müxtəlif ölkələrin millət vəkilləri, Azərbaycan Mərkəzi Seçki Komissiyasının yüksək səviyyəli rəsmiləri, siyasi partiyaların nümayəndələri, ictimai təşkilatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR