Abşeronda ev yanıb

Abşeronda ev yanıb
# 19 avqust 2016 12:14 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi baş verib.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə Fatmayı kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 140 kvadratmetr olan kürsülü, birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR