Rumıniyada yanan gecə klubunun sahibləri ömürlük həbs cəzasına məhkum edilə bilərlər

Rumıniyada yanan gecə klubunun sahibləri ömürlük həbs cəzasına məhkum edilə bilərlər
# 01 noyabr 2015 01:35 (UTC +04:00)

Bu gün onların prokurorluqda dindirilməsi planlaşdırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş prokuroru Tiberiu Nitsu bildirib.

Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə köhnə ayaqqabı zavodunun binasında yerləşən “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub. Son məlumata görə, faciə nəticəsində 27 nəfər ölüb, 200-dək adam ciddi xəsarətlər alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR