QMİ-də Məhəmməd (s) peyğəmbərin mövluduna həsr olunmuş tədbir keçirilib

QMİ-də Məhəmməd (s) peyğəmbərin mövluduna həsr olunmuş tədbir keçirilib
# 24 dekabr 2015 09:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd (s) peyğəmbərin mövluduna həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, İranın Azərbaycandakı səfiri Mohsun Pakairinin və din xadimlərinin iştirakı ilə keçən tədbir Qurani Kərimdən ayələrin oxunması ilə başlayıb.

Şeyxülislam bildirib ki, Allahın aləmlərə rəhmət olaraq göndərdiyi mübarək Məhəmməd (s) peyğəmbərin mübarək mövlud günü rəbbüləvvəl ayının 12-dən 17-ə qədər olan aralığa düşür ki, o da bu il bugünkü tarixə təsadüf edir: “Məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar üçün bu müddət vəhdət dövrüdür”.

QMİ sədri Azərbaycanda dinlərə mövcud tolerant yanaşmadan, dövlət qayğısından danışıb: “Ulu öndər Heydər Əliyev həzrətləri İslama qayğını məscidlərdən, Peyğəmbərimizin (s) mövludu günündən başladı. Bu gün xoş təsadüfdür ki, Peyğəmbərin mövludu Heydər Əliyev həzrətlərinin bizə miras qoyduğu, bizim üçün yetişdirdiyi İlham Əliyev həzrətlərinin anadan olduğu günə təsadüf edir. Bu münasibətlə İlham Əliyev həzrətlərini təbrik edirik, ona və ailəsinə Allahdan xoş günlər diləyirik”.

Tədbir iştirakçıların çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR