Saakaşvilinin həyat yoldaşı Gürcüstanda deputatlığa namizədliyini irəli sürəcək

Saakaşvilinin həyat yoldaşı Gürcüstanda deputatlığa namizədliyini irəli sürəcək
# 19 avqust 2016 12:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Gürcüstanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, o, Zuqdidi vilayəti üzrə deputat seçilmək üçün “Vahid Milli Hərəkat” partiyasından seçkilərə qatılacaq. Keçmiş birinci xanımın namizədliyini partiyanın lideri David Bakradze də dəstəkləyib.

Gürcüstandan parlament seçkiləri bu il oktyabrın 8-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR