Aİ Rusiya vətəndaşlarına və Ukraynanın şərqindəki separatçılara qarşı sanksiyaları uzadıb

Aİ Rusiya vətəndaşlarına və Ukraynanın şərqindəki separatçılara qarşı sanksiyaları uzadıb
# 15 sentyabr 2016 14:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Avropa İttifaqı Rusiya vətəndaşlarına və Ukraynanın şərqindəki separatçılara (146 nəfər), habelə bu ölkələrdə qeydiyyatda olan 37 təşkilata qarşı sanksiyaları uzadıb.

APA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi məlumata görə, sanksiyaların son tarixi kimi 2017-ci ilin martın 15-i göstərilib.

Aİ Şurasının bəyanatında bildirilir ki, aktivlərin dondurulmasını nəzərdə tutan və Aİ ərazisinə girişi qadağan edən sanksiyalar Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərə görə 2014-cü ilin martından tətbiq olunur. Sanksiyaların uzadılması ilə bağlı qərar sentyabrın 16-da Aİ-nin rəsmi jurnalında yer alacaq və bundan sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR