Gəncədə hamamın damında huşunu itirən şəxs xilas edilib

Gəncədə hamamın damında huşunu itirən şəxs xilas edilib
# 04 oktyabr 2015 13:53 (UTC +04:00)

Bakı – APA. Gəncə şəhəri Nizami rayonunda 1 nəfər hamamın damına çıxaraq huşunu itirməsi nəticəsində köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşı xərək və xüsusi alətlər vasitəsi ilə aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR