Bakıdan Şarm Əl-Şeyxə birbaşa aviareysin açılması planlaşdırılır

Bakıdan Şarm Əl-Şeyxə birbaşa aviareysin açılması planlaşdırılır
# 17 may 2016 09:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yaxın vaxtlarda Bakıdan Şarm Əl-Şeyx şəhərinə birbaşa aviareysin açılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə Misir turizm idarəsinin rəhbəri Əhməd Şükri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə bildirib.

Ə. Şükri qeyd edib ki, Bakı ilə Şarm Əl-Şeyx şəhəri arasında birbaşa hava reysinin açılması Misir-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək: “Azərbaycandan Misirə gələnlərin sayı o qədər də çox deyil. Amma biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. Eyni zamanda Azərbaycana da misirli turistlərin gəlməsində maraqlıyıq. Bu sahənin inkişafı üçün qarşımızda duran əsas problemlərdən biri birbaşa hava əlaqəsinin olmamasıdır. Biz birbaşa hava əlaqəsinin yaranması üçün çalışırıq və düşünürəm ki, bununla da turizmin inkişafına yardım etmiş olacağıq”.

Ə. Şükri Azərbaycan və Misir şirkətləri arasında turizmin inkişafı ilə bağlı müzakirələrin aparılmasının vacibliyini də vurğulayıb.

Nazir Ə. Qarayev bildirib ki, turizm sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi Azərbaycan üçün də faydalı olacaq. Nazir rəhbərlik etdiyi qurumun iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə bundan sonra da dəstək verəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR