Neftçalada 19 yaşlı qız özünü Kürə ataraq intihar edib

Neftçalada 19 yaşlı qız özünü Kürə ataraq intihar edib
# 02 iyul 2016 07:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalı – APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Kür Qarabuçaq kəndində 1 nəfərin intihar məqsədi ilə özünü Kür çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü, Məmmədova Şəfa Şakir qızının cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR