Pentaqon rəhbəri Əfqanıstanda 6 ABŞ hərbçisinin öldüyünü təsdiqləyib

Pentaqon rəhbəri Əfqanıstanda 6 ABŞ hərbçisinin öldüyünü təsdiqləyib
# 21 dekabr 2015 23:49 (UTC +04:00)

Bakı-APA. Pentaqon Əfqanıstanda 6 ABŞ hərbçisinin öldüyünü təsdiqləyib

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə nazirinin bəyanatında bildirilir.

Məlumata əsasən, hazırda insidentin detalları müəyyənləşdirilir.

İlkin məlumata əsasən, hərbçilər Baqram aviabazasının yaxınlığında zirehli texnikanın partladılması nəticəsində həlak olublar. İnsident zamanı həmçinin 2 ABŞ əsgəri və 1 mülki şəxs yaralanıb.

Ölənlərin ailələrinə başsağlığı verən E.Karter vurğulayıb ki, faciəvi hadisəyə baxmayaraq ABŞ hərbçiləri Əfqanıstandakı tərəfdaşları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR