Karib hövzəsi ölkələrində güclü qasırğa nəticəsində 19 nəfər ölüb

Karib hövzəsi ölkələrində güclü qasırğa nəticəsində 19 nəfər ölüb
# 05 oktyabr 2016 23:16 (UTC +04:00)

Bakı-APA. Karib hövzəsi ölkələrində güclü qasırğa nəticəsində 19 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Metyu” qasırğası Haitidə 13, Dominikan Respublikasında isə 6 nəfərin ölümünə səbəb olub.

Bundan əvvəl Kolumbiya və Sent-Vinsentdə təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü bildirilirdi.

Qasırğa səbəbindən Haitidə oktyabrın 9-a təyin edilən ümumi seçkilər təxirə salınıb. Kubada 1 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Qeyd edək ki, “Metyu” 2007-ci ildən bəri Karib hövzəsində baş verən ən şiddətli qasırğadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR