Şəmkirdə məktəbli bıçaqlanıb

Şəmkirdə məktəbli bıçaqlanıb
# 22 fevral 2016 13:54 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Çaykənd kənd sakini, 2000-ci il təvəllüdlü Vüsal Aqil oğlu Əhmədov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda əməliyyat edilən məktəblinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəmkir rayon Polis Şöbəsindən bildirilib ki, cinayəti törədən şəxs məlumdur və onun saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR