“Eurovision-2016” mahnı müsabiqəsinin favoritləri açıqlanıb

“Eurovision-2016” mahnı müsabiqəsinin favoritləri açıqlanıb
# 16 mart 2016 09:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Böyük Britaniyanın nüfuzlu “William Hill” bukmeker kontoru “Eurovision-2016” mahnı müsabiqəsinin iştirakçılarının şanslarını dəyərləndirib.

APA-nın “William Hill”in saytına istinadən verdiyi xəbərə görə, “Eurovision-2016” mahnı müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi, 3.00 əmsalla Rusiya təmsilçisi göstərilib. Rusiya nümayəndəsinə pul qoyan şəxslər ifaçı qalib gələcəyi təqdirdə, hər dollara görə 3 dollar qazanacaqlar. İsveç 4.00 əmsalla 2-ci, Xorvatiya 9.00 əmsalla 3-cü, Avstraliya 10.00 əmsalla 4-cü, Latviya 17.00 əmsalla 5-ci pillədədir.

Azərbaycan siyahıda 21.00 əmsalla 6-cı yerdə qərarlaşıb. Azərbaycanı müsabiqədə Səmra Rəhimli təmsil edəcək. O, “Miracle” (“Möcüzə”)” mahnısını ifa edəcək.


Qeyd edək ki, builki yarışın birinci yarımfinalı 10 may, ikinci yarımfinal 12 may, final isə 14 mayda İsveçin paytaxtı Stokholmda keçiriləcək. Azərbaycan birinci yarımfinalda çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR