FES uçot dərəcəsini dəyişməyib, dollar sürətlə ucuzlaşır - YENİLƏNİB

FES uçot dərəcəsini dəyişməyib, dollar sürətlə ucuzlaşır - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2016 20:10 (UTC +04:00)

Bakı - APA-Economics. Federal Ehtiyatlar Sistemi (FES) ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu dekabr ayındakı 2,4%-dən 2,2%-dək azaldıb.

"APA-Economics" xəbər verir ki, bu barədə FES-in rəhbəri Canet Yellen bildirib.

FES-in iclasından sonra keçirdiyi mətbuat konfransında C. Yellen qeyd edib ki, inflyasiya ilə bağlı proqnoz 1,2%-dək endirilib. İşsizliklə bağlı proqnoz 4,7% səviyyəsində saxlanılıb.

Qeyd edək ki, FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.

22:07

Bakı - APA-Economics. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub.

"APA-Economics"in xəbərinə görə, iclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib.

Qeyd edək ki, bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşır.

Bakı vaxtı ilə 22:30-da FES-in rəhbəri Canet Yellenin mətbuat konfransı baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR