Şamaxıda 52 yaşlı kişi özünü asıb

Şamaxıda 52 yaşlı kişi özünü asıb
# 29 mart 2016 15:16 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Martın 29-da Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhərinin Şirvan küçəsindəki 7 saylı mənzildə yaşayan 1964-cü il təvəllüdlü Eyvazov İlham Faiq oğlu həyətdəki yardımçı tikilidən özünü asaraq öldürüb. Rayonda ev ustası işləyən İlham Eyvazovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR