Azərbaycanlı Rusiya Dövlət Dumasının Ekspert Şurasının sədr müavini təyin olunub

Azərbaycanlı Rusiya Dövlət Dumasının Ekspert Şurasının sədr müavini təyin olunub
# 17 mart 2016 22:30 (UTC +04:00)

Moskva Fərid Əkbərov -APA. Azərbaycanlı Rusiya Dövlət Dumasının Ekspert Şurasının sədr müavini təyin olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Xalqlar dostluğu" Xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini Araz Mürsəliyev Rusiya Dövlət Dumasının Millətlər üzrə iş Komitəsinin qərarı ilə Dumanın Millətlər üzrə iş Komitəsinin Ekspert Şurasının sədr müavini vəzifəsinə təsdiq olunub.

Araz Mürsəliyevə milli azlıqlar və yerli azsaylı xalqların hüquqlarının qanunvericiliklə təminatı ilə məşğul olmaq həvalə olunub.

Qeyd edək ki, həmyerlimiz Araz Mürsəliyev həm də Rusiya Dövlət Dumasının millətlərlə iş üzrə Komitəsinin sədri Hacımət Səfərəliyevin köməkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR