ANAMA ötən ay 173 ədəd PHS, 11 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib

ANAMA ötən ay 173 ədəd PHS, 11 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib
# 07 oktyabr 2016 10:19 (UTC +04:00)

Bakı - APA. 2016-cı ilin sentyabr ayı ərzində 2 670 572 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 173 ədəd PHS və 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 498 nəfər əməliyyat heyəti və 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 388 380 893 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 243 -dir.

Sentyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Lənkəran, Tərtər, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR