Əhməd Davudoğlunun Azərbaycana səfəri başlayıb

Əhməd Davudoğlunun Azərbaycana səfəri başlayıb
# 03 dekabr 2015 11:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun qarşılayıblar.

Baş naziri Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, baş nazirin müavinləri Mehmet Şimşek, Yalçın Akdoğan, qida, heyvandarlıq və kənd təsərrüfatı naziri Faruk Çelik, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, mədəniyyət və turizm naziri Mahir Ünal, nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Binəli Yıldırım və digərləri müşayiət edirlər.

Bu gün və sabah davam edəcək səfər çərçivəsində Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə ilə görüşəcək, sabah ADA Universitetində mühazirə oxuyacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR