Adil Əliyev bu gün keçirəcəyi görüşə onu ittiham edən rəqib namizədi də dəvət etdib

Adil Əliyev bu gün keçirəcəyi görüşə onu ittiham edən rəqib namizədi də dəvət etdib
# 17 oktyabr 2015 09:02 (UTC +04:00)

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, oktyabrın 17-da 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyev seçiciləri ilə görüşəcək.

Adil Əliyev görüşə ona irad tutan deputatlığa namizəd Aslan İsmayılovu da gpörüşə dəvət edib: “Məndə olan məlumata görə, Aslan İsmayılov seçicilərlə görüş keçirə bilmir və heç olmasa bir görüşü bizimlə keçirsin. Bu da bizdən ona seçki hədiyyəsi olardı”.

Adil Əliyevlə görüş Azərbaycan Kooperasiya Universitetinin qarşısında, saat 16:30-da baş tutacaq. Əlaqə nörmələri: 0507217668, 0506684949,0552100182, 0502838844

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR