Qəzaya uğramış Paris-Qahirə təyyarəsinin sərnişinlərindən birinin meyitinin parçası tapılıb

Qəzaya uğramış Paris-Qahirə təyyarəsinin sərnişinlərindən birinin meyitinin parçası tapılıb
# 20 may 2016 14:33 (UTC +04:00)

Bakı – APA. Misirin müvafiq strukturları qəzaya uğramış Paris-Qahirə təyyarəsinin sərnişinlərindən birinin meyitinin parçasını tapıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Yunanıstan müdafiə naziri Panis Kammenos deyib.

Onun sözlərinə görə, axtarışlar nəticəsində oturacağın parçası da tapılıb.

Qeyd edək ki, dünən Paris-Qahirə reysi ilə uçan “EgyptAir” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Paris hava limanından havaya qalxan təyyarənin göyərtəsində 56 sərnişin və 10 ekipaj üzvü olub. Təyyarə Misir hava məkanına girəndən sonra 11277 metr yüksəklikdə yoxa çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR