Göyçayda 53 yaşlı kişi su kanalında boğulub

Göyçayda 53 yaşlı kişi su kanalında boğulub
# 30 iyun 2016 20:03 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Şıxbəy kəndi ərazisində qeydə alınıb. Rayonun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Eldəniz Cavad oğlu dostları ilə yeyib-içdikdən sonra Şıxbəy beton su kanalında çimmək istəyib.

O, suda çimərkən boğulub.

E. Məmmədovun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR