Türkiyə Milli Təhlükəsizlik Şurası Rusiyaya qarşı cavab tədbirlərini nəzərdən keçirib

Türkiyə Milli Təhlükəsizlik Şurası Rusiyaya qarşı cavab tədbirlərini nəzərdən keçirib
# 19 dekabr 2015 04:19 (UTC +04:00)

Bakı-APA. Dekabrın 18-də Ankarada Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutan iclas 6 saata yaxın davam edib.

Məlumata əsasən, hökumət üzvlərinin iştirakı ilə keçirilən tədbirdə daxili və xarici siyasətin aktual məsələləri müzakirə olunub.

Şura regional təhlükəsizlik baxımından İraqdakı vəziyyətin inkişafını müzakirə edib.

Milli Təhlükəsizlik Şurası həmçinin Türkiyənin qanuni özünümüdafiə hüququna qarşı Rusiyanın mövqeyini yolverilməz sayıb. İclasda Rusiyaya qarşı cavab tədbirləri detallı şəkildə nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR