Lənkəran sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Lənkəran sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
# 26 may 2016 20:59 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 26-da axşam saatlarında rayonun Velədi kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 56 yaşlı Şəmsəddin Əli oğlu Məmmədov həmkəndlisi “Maçan” ləqəbli şəxs tərəfindən bıçaqlanıb.

Qarın və boyun nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Ş.Məmmədova müvafiq tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Hadisəni törətmiş şəxsin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR