“Bakı Yüngül Metal Konstruksiyaları”nın səhmdarlarının illik yığıncağı səlahiyyətli hesab edilməyib

“Bakı Yüngül Metal Konstruksiyaları”nın səhmdarlarının illik yığıncağı səlahiyyətli hesab edilməyib
# 08 iyun 2016 08:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bakı Yüngül Metal Konstruksiyaları” ASC səhmdarlarının iyunun 3-də keçirdikləri növbəti illik ümumi yığıncağı səlahiyyətli hesab edilməyib.

APA-Economics”in məlumatına görə, buna səbəb ASC-nin səhmlərin 60%-nin sahiblərinin iclasda iştirak etməməsi olub.

Buna görə də, səhmdarların növbəti illik ümumi yığıncağının iyulun 22-də keçirilməsi qərara alınıb.

Qeyd edək ki, iclasın gündəliyinə “Bakı Yüngül Metal Konstruksiyaları”nın Müşahidə Şurası üzvlərinin seçilməsi, İdarə Heyətinin ləğv edilməsi və təkbaşçı icra orqanının (direktor) yaradılması, ASC-nin nizamnaməsinə müvafiq əlavə və dəyişikliklərin edilməsi, habelə nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, təsis sənədlərinə dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi, cəmiyyətin illik hesabatının təsdiq edilməsi və cari məsələlərin müzakirəsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR