Gürcüstan prezidenti: "Qazprom"la danışıqlar çərçivədən kənara çıxmamalıdır"

Gürcüstan prezidenti: "Qazprom"la  danışıqlar çərçivədən kənara çıxmamalıdır"
# 05 fevral 2016 12:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqların bir çərçivəsi olmalıdır və bu çərçivədən kənara çıxmaq olmaz". "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili "Maestro" telekanalının efirində deyib.

"Qazprom" mövzusu yalnız iqtisadiyyat və energetika ilə məhdudlaşmır. Burada təhlükəsizlik, xarici siyasət, geosiyasət kimi məsələlər də var. Məhz buna görə, ali hakimiyyət orqanları "Qazprom"la aparılan danışıqlarda vahid bir çərçivə cızmalı və bu çərçivədən kənara çıxmamalıdır.

Qeyd edək ki, Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Bununla yanaşı, Gürcüstanda istehlak olunan qazın 12%-ni Rusiya nəql edir. Söhbət Gürcüstan üzərindən Rusiyadan Ermənistana nəql olunan qaza görə, tranzit haqqından gedir. Gürcüstan hökuməti Rusiya tərəfinin nəql etdiyi qazın həcmini artırmaq üçün "Qazprom"la danışıqlar aparır. Gürcüstan müxalifəti isə buna etiraz edir. Müxalifət bildirir ki, bu, Gürcüstanlın enerji təhlükəsizliyinə təhdiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR