“Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının müzakirəsi olub

“Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının müzakirəsi olub
# 16 noyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı müzakirə olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müzakirədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komissiyası, İqtisadiyyat və Sənaye Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və digər dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri iştirak ediblər.

İclasda dövlət qurumlarının rəsmiləri tərəfindən gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, alkoqolizm və digər neqativ halların profilaktikası, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi müzakirə olunub.

Eyni zamanda, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və özünə məşğulluq imkanlarının artırılması, gənclər arasında ixtisas və peşə seçimi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin və mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyanın təmin edilməsi, gənclərin insan hüquqları, gender bərabərliyi, insan alveri, gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinə şəraitin yaradılması, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması, gənclərin asudə vaxtının səmərəli təşkili və s mövzular da müzakirəyə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR