Məhkəmə xarici şirkətin dövlət qurumuna qarşı iddiasını təmin edib

 Məhkəmə xarici şirkətin dövlət qurumuna qarşı iddiasını təmin edib
# 06 aprel 2016 08:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA “Huawei Technologies Azərbaycan” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini məhkəməyə verib.

APA-nın məlumatına görə, şirkət xidmətin çıxardığı qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin olunması barədə qərar çıxarıb.

Həmin qərarla razılaşmayan Əmək Müfəttişliyi Xidməti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR