Ötən il BTC ilə 5,5 mln. ton tranzit nefti nəql edilib

Ötən il BTC ilə 5,5 mln. ton tranzit nefti nəql edilib
# 21 yanvar 2016 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycanın magistral neft kəmərləri ilə 45,7 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 76,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və keçən ilin yanvar-dekabr ayları ərzində bu kəmər vasitəsilə 34,81 mln. ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 5,5 mln. ton tranzit nefti də nəql edilib.

Ötən ilin yanvar-dekabr aylarında magistral qaz kəmərləri ilə 21,2 mlrd. kubmetr qaz

nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% azalma müşahidə olunub.

Qazın nəqlinin 31,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 6,65 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR