Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

 Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 13 noyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərinin Qaradağ rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 12-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Sabirabad rayon sakini Əziz Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Rövşən Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş R. Məmmədov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR