Bakıda minik maşını teplovozla toqquşub, xəsarət alan var

Bakıda minik maşını teplovozla toqquşub, xəsarət alan var
# 02 fevral 2016 09:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda minik maşını teplovozla toqquşub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki qorunmayan keçiddə Lerik rayon sakini Elzamin Məcidli idarə etdiyi “VAZ-2106” markalı avtomobili teplovoza vurub, nəticədə sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR