Türkiyə PKK-nın mövqelərini bombalayıb, 11 hədəf məhv edilib

Türkiyə PKK-nın mövqelərini bombalayıb, 11 hədəf məhv edilib
# 24 mart 2016 12:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri PKK-nın mövqelərini bombalayıb. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hava hücumu terror təşkilatının İraqın şimalındakı mövqelərinə qarşı aparılıb.

Əməliyyat nəticəsində PKK silahlılarının Hakkurk, Avaşin, Basan və s. düşərgələrində olan 11 hədəfi zərərsizləşdirilib.

Ümumilikdə 12 döyüş təyyarəsinin iştirakı ilə aparılan əməliyyatda terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR