Bu ilin yenilənmiş dövlət büdcəsi yaxın vaxtda Milli Məclisə təqdim olunacaq

Bu ilin yenilənmiş dövlət büdcəsi yaxın vaxtda Milli Məclisə təqdim olunacaq
# 10 fevral 2016 10:21 (UTC +04:00)

Bakı - APA-Economics. "2016-cı ilin yenilənmiş dövlət büdcəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaq". "APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

"Büdcənin parametrləri barədə kifayət qədər məlumat verilib. Onun ana xətti ondan ibarətdir ki, o qədər də zəruri olmayan layihələrin icrası dayandırılacaq. Dövlət başçısının tapşırığına əsasən, heç bir sosial proqramın icrası dayandırılmayacaq. Ümumilikdə, büdcədə sosial xarakterli xərclər əhəmiyyətli dərəcədə artacaq. Dövlət Neft Fondundan transfertlər azalacaq", - deyə Z. Səmədzadə qeyd edib.

Millət vəkili əlavə edib ki, büdcə kəsiri buraxılan istiqrazlar, kompleks özəlləşdirilmə və s. bu kimi addımlar hesabına bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR