"AzRe" "Çartis Azərbaycan"ı 6,5 mln. dollara alıb

"AzRe" "Çartis Azərbaycan"ı 6,5 mln. dollara alıb
# 15 oktyabr 2015 08:37 (UTC +04:00)

Bakı - APA-Economics. "AzRe" təkrarsığorta şirkəti "Çartis Azərbaycan" şirkətinin səhmlərini 6,5 mln. dollara alıb.

"APA-Economics"in xəbərinə görə, bunu "AzRe"nin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov bildirib.

V. Abbasovun sözlərinə görə, hazırda "Çartis Azərbaycan"ın inkişaf strategiyasının hazırlaması istiqamətində işlər aparılır.

"Şirkətin gələcəkdə hansı ad altında fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılır. Bir neçə variant üzərində işləyirik. Konkret bir söz demək çətindir, gərək bu məsələ təsisçilərlə razılaşdırılsın", - deyə o qeyd edib.

"AzRe" rəsmisi bildirib ki, "Çartis Azərbaycan" fəaliyyətini əsasən korporativ bazara adaptasiya edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR