Azərbaycan prezidenti almaniyalı və koreyalı həmkarlarını təbrik edib

Azərbaycan prezidenti almaniyalı və koreyalı həmkarlarını təbrik edib
# 02 oktyabr 2015 15:55 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir:

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Almaniya münasibətlərinin konstruktiv məcrada inkişafı, əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi işinə bundan sonra da töhfələr verəcəyik. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm”.

Dövlət başçısı həmçinin Koreya Respublikasının prezidenti Pak Kın Heyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli xanım prezident, ölkənizin milli bayramı – Dövlətin yaranması günü münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR