"SOCAR Georgia QAS" Gürcüstanın Saqareco rayonunda 4 kəndə təbii qaz verib - FOTO

"SOCAR Georgia QAS" Gürcüstanın Saqareco rayonunda 4 kəndə təbii qaz verib - <span style="color: red;">FOTO
# 20 oktyabr 2015 20:12 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze, "SOCAR Georgia QAS"-ın rəsmiləri Azər Məmmədov və Anton Samsonidze qaz verilən Manavi kəndinin mərkəzində simvolik olaraq təbii qazı alovlandırıblar.

"SOCAR Georgia" şirkəti Manavi kəndində 39 kilometr orta təzyiqli qaz xətti çəkib və nəticədə 1200 ailə təbii qazla təmin olunub.

Baş nazirin müavini və "SOCAR Georgia Qas"-ın nümayəndələri qaz verilən digər 3 kənddə çəkilən 45,1 kilometr qaz xəttinə baxış keçiriblər.

Məlumata görə, Saqareco rayonunda ümumiyyətlə, 226 kilometr orta təzyiqli qaz xətti çəkilib və 5300 abonentə qaz verilib. Hazırda "SOCAR Georgia" şirkəti rayon ərazisində 11 331 aktiv abonentə xidmət göstərir.

APA-nın məlumatına görə, Kaxeti bölgəsində 1058 kilometr qaz xəttinin tikintisi sayəsində 35 132 abonent qazlaşdırılıb. Bölgədə 62 152 aktiv abonent var.

Xatırladaq ki, oktyabrın 1-nə olan vəziyyətə görə, "SOCAR Georgia" şirkəti Gürcüstanda 5150 kilometr qaz xətti çəkib və 207989 abonent qazla təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR