Merkel münaqişələr başa çatdıqdan sonra qaçqınların vətənlərinə dönəcəklərinə ümid edir

Merkel münaqişələr başa çatdıqdan sonra qaçqınların vətənlərinə dönəcəklərinə ümid edir
# 31 yanvar 2016 03:20 (UTC +04:00)

Bakı-APA. Yaxın Şərq ölkələrindən olan miqrantlara Almaniyada müvəqqəti qaçqın statusu verilir və onlar ölkələrində münaqişələr başa çatdıqdan sonra öz vətənlərinə dönməlidirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Xristian Demokratik Partiyasının toplantısında çıxışı zamanı bildirib.

“Biz bu insanlara deməliyik ki, onlara verilən status müvəqqətidir. Suriyada sülh bərqərar olduqdan sonra, İŞİD İraqda məğlub olduqdan sonra onlar… öz vətənlərinə dönməli olacaqlar”, - deyə Merkel bildirib.

Qaçqınların Yeni il ərəfəsində Kelndə törətdiyi cinayətlərə toxunan kansler qanun pozuntularına yol verən miqrantlara qarşı siyasətin sərtləşdiriləcəyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR