Tailandda bankda kimyəvi maddələrin sızması nəticəsində 10 nəfər ölüb

Tailandda bankda kimyəvi maddələrin sızması nəticəsində 10 nəfər ölüb
# 14 mart 2016 03:36 (UTC +04:00)

Bakı-APA. Tailandın paytaxtı Banqkokda kimyəvi maddələrin sızması nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin ən iri banklarından olan “Siam Commercial Bank”-da qeydə alınıb.


Məlumata əsasən, bankın zirzəmisində işləyən fəhlələr kimyəvi yanğınsöndürmə sistemlərini zədələyiblər.


“Bəzi kütləvi informasiya vasitələri bankda baş verən insidentlə bağlı yalnış məlumat verib. Bildiririk ki, bankın binasında nə partlayış, nə də yanğın olub”.


Hadisə ilə əlaqədar polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR