Ermənistan Rusiyanı hərbi məhsulların tədarükünə dair müqavilənin bağlanmasını tezləşdirməyə çağırıb

Ermənistan Rusiyanı hərbi məhsulların tədarükünə dair müqavilənin bağlanmasını tezləşdirməyə çağırıb
# 07 aprel 2016 22:25 (UTC +04:00)

Bakı-APA. Ermənistanın baş naziri Ovik Abramyan rusiyalı həmkarı Dmitri Medvedevdən hərbi təyinatlı məhsulların Ermənistana tədarükünə dair müqavilənin bağlanmasını tezləşdirilməsinə dair “Rosoboroneksport”a göstəriş verməyi xahiş edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Abramyan İrəvanda Medvedevlə keçirdiyi danışıqlar zamanı bildirib.

“Biz hərbi təyinatlı məhsulların Ermənistana tədarükünün maliyyələşdirilməsi üçün ayrılan dövlət ixrac kreditinə görə Rusiya tərəfinə minnətdarıq. Lakin sazişin müddəalarının icrası prosesində müəyyən yubanmalar olduğundan, sizdən müqavilənin bağlanmasının tezləşdirilməsinə dair Rosoboroneksport”a göstəriş verməyinizi xahiş edirəm”, - deyə Abramyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR