TRT-nin spikeri və daha 41 əməkdaşı saxlanılıb

TRT-nin spikeri və daha 41 əməkdaşı saxlanılıb
# 12 avqust 2016 08:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyənin dövlət Teleradio Şirkəti olan TRT-nin 42 əməkdaşı saxlanılıb.

APA-nın “Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, proses FETÖ-nun dövlət çevrilişi cəhdinə görə aparılan araşdırma çərçivəsində həyata keçirilib.

Bildirilir ki, Ankara Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin və prokurorluğun əməkdaşları onları TRT-nin binasından götürüb.

Aralarında xəbər aparıcısının da olduğu 42 nəfər ifadə verib.

Barələrində qərar olsa da, hələlik saxlanılmayan əməkdaşların da tutulması istiqamətində iş aparıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR