Samuxda zərərvericilərə yoluxmuş 800 kiloqrama qədər kartof məhv edilib

Samuxda zərərvericilərə yoluxmuş 800 kiloqrama qədər kartof məhv edilib
# 09 sentyabr 2016 08:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab edilən kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kq kartof məhsulu aşkar edilib.

Bu barədə “APA-Economics”ə nazirlikdən məlumat verilib.

Kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tədbirləri sisteminə riayət etməklə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR